CƏMİYYƏT


Əsgər ona ayrılan pulu şəhid ailəsinə bağışladı

Bu günlərdə ordu sıralarından tərxis olunaraq evinə qayıdan Ağsu rayon sakini Kamran İsrayılovu yaxından tanıyaq.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, müharibənin ilk günlərində əsgərlərimizə dəstək üçün ön cəbhədə olan Kamrana oktyabrın 4-də döyüşlərdə iştirak etmək üçün çağırış gəlib. O, bu dəfə mülki şəxs kimi deyil, hərbi qulluqçu kimi ön cəbhəyə yola düşüb.
44 günlük şanlı döyüş günlərində komandirləri tərəfindən verilən əmr və tapşırıqları uğurla yerinə yetirən əsgərimiz, müharibə bitdikdən sonra atdığı addımla da nümunə olub.