CƏMİYYƏT


Xaçmazda qanunsuz balıq ovu ilə məşğul olan dəstə saxlanılıb

Daxili İşlər Nazirliyinin Nəqliyyatında Baş Polis İdarəsinin (NBPİ) əməkdaşları tərəfindən müvafiq icazə olmadan qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə qarşı nəzarət tədbirləri davam etdirilir.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, NBPİ əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olan 9 nəfərdən ibarət dəstə saxlanılaraq istintaqa cəlb edilib.
Onlardan hər birinin qiyməti 220 manat olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.