CƏMİYYƏT


Qazi Abbas Yusifov: Bilirdim ki, nişanlım məni heç vaxt atmaz

Ailə həyatı quran qazimizin sosial şəbəkələrdə fotoları yayılıb. Vətən müharibəsi zamanı döyüşlərin birində sol ayağını itirən qazi nişanlısı ilə ötən gün qeydiyyat şöbəsində nikah bağlayıb və bu xoş anın fotoları qısa müddətdə sosial şəbəkələrin, necə deyərlər, bəzəyinə çevrildi.AZƏRTAC xəbər verir ki, qazi Abbas Yusifov Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Aslanbəyli kəndində yaşayır. Onun uşaqlığı elə bu sərhəd kəndində erməni gülləsi altında hərbçilərin əhatəsində keçib.