CƏMİYYƏT


Dörd bacısının fəxri, Suqovuşan uğrunda şəhidlik zirvəsinə ucalan Murad Məmmədov

Şəhid Murad Məmmədov Vətən müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Murad Əzizulla oğlu Məmmədov 1995-ci il martın 31-də Qusar rayonunun İmamqulukənd kəndində dünyaya göz açıb. Dörd bacının tək qardaşı və ailənin sonbeşiyi idi. Atası dünyadan vaxtsız köçən Murad əsgərlikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu kimi çalışıb. Vətən müharibəsinin ilk günündən düşmən üzərinə hücuma keçən qruplarda yer alıb.