CƏMİYYƏT


Övladının dünyaya gələcəyi günə bir neçə ay qalmış şəhidlik zirvəsinə ucalan qəhrəmanımız

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Ağcabədi rayon sakini Toğrul Abbasovdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Toğrul Abbasov Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. Anasını kiçik yaşlarında itirib. Vətən ona hər iki mənada ana olub. Vətənə, torpağa olan sevgisi onu hərbçi peşəsinə bağlayıb. N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günündə şəhid olub.