CƏMİYYƏT


Vətən müharibəsində şəhid olan iki dost

Bir kəndə doğulub boya-başa çatdılar. Eyni sinifdə təhsil alıb, ömürlərinin 11 ilini ayrılmaz dost oldular. Bənzər taleləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalaraq, əbədiyyətə də bir qovuşdular.
AZƏRTAC xəbər verir ki, İmişli rayonu Məzrəli kəndinin ayrılmaz dostları Elçin Quliyev və Əhliman Mehdiyev Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksəliblər. Hər iki dost tərbiyəsi və qorxmazlığı ilə kənddə böyükdən-kiçiyə hər kəsin sevimlisi olub. Elçin və Əhliman orta məktəbi də bir sinifdə oxuyub, elə kiçik yaşlarından da dost olublar. Nümunəvi şagird olmaları ilə yanaşı, həmyaşıdlarından da seçiliblər.