CƏMİYYƏT


Şəhid anası: Digər övladlarım da Vətən uğrunda döyüşə hazırdır

Xalqımız Vətən müharibəsinin qələbəsini öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri heç zaman unutmayacaq. Şanlı qələbənin qazanılmasında tarix yazan igidlərimizdən biri də Niyaməddin Məhərrəmovdur. Şəhid qəhrəmanımızı yaxından tanıyaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Niyaməddin Məhərrəmov Beyləqan rayonunun Eyvazalılar kəndində doğulub. Hələ kiçik yaşlarından Vətənə böyük sevgisi olub. Hər bir azərbaycanlı kimi onu da daim torpaqların azad olunması düşündürüb. Odur ki, sentyabrın 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərdə iştirak edib. Müharibənin ilk günündən düşmənin müdafiə xəttinin yarılmasında qəhrəmanlıqla döyüşüb. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır