MƏDƏNİYYƏT


Heydər Əliyev Sarayının təşkilatçılığı ilə yeni layihəyə start verilib

Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə “Bu günün rəssamı” layihəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, layihənin ideya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun əsas məqsədi vətənpərvərliyin tablolarda tərənnüm olunması, gənc və istedadlı rəssamların təbliği və bacarıqlarının inkişaf etdirilməsidir.