Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəxsi heyətin təminatı və xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir

12.01.2021 [12:58]

Xəbərin mətni

Azad olunmuş ərazilərdə Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.
Həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun xidmət aparılır və döyüş növbətçiliyi təşkil olunur.