CƏMİYYƏT


E-sosial.az portalından istifadə daha əlçatan, daha sürətli və daha rahatdır

Azərbaycanın Vahid Sosial Reyestri olan e-sosial.az internet portalından rahat istifadə və portalın daha əlçatan olması məqsədilə “Android” və “İOS” əməliyyat sistemi üçün tətbiqlər də fəaliyyət göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin mobil tətbiqi yükləyərək sosial müdafiə hüquqları barədə bütün suallara bir pəncərədə cavab tapmaq olar.