ICESCO-nun missiyası Azərbaycana səfər edəcək
14.01.2021 [19:18]
Xəbərin mətni
ICESCO-nun texniki missiyası tezliklə Azərbaycana səfər edəcək. Fevral ayının sonuna kimi texniki missiyanın işğaldan azad olunmuş bölgələrə gəlişi baş tutacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.