Məktəbi cəbhəyə dəyişən cəsur müəllim - şəhid Ehtiram Hüseynli
15.01.2021 [11:47]
Xəbərin mətni
Vətən müharibəsində Qələbə naminə Azərbaycanın təhsil ictimaiyyəti də böyük fədakarlıq göstərdi. Qəhrəmanlıq, şəhidlik zirvəsini fəth edənlər sırasına müəllimlərimizin də adı qızıl hərflərlə yazıldı. Məktəbi səngərə dəyişən vətənpərvər şəhid müəllimlərimizdən biri də Ehtiram Hüseynlidir.