CƏMİYYƏT


Paytaxt Bakının küçələri yenidən dezinfeksiya edilib

Paytaxtda koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq, yanvarın 16-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları bu il ikinci, ölkədə pandemiyaya qarşı tədbirlərin əvvəlindən isə iyirminci dəfə əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirirlər.