Azərbaycan Dövlət İnformasiya Agentliyi

Döyüş yoldaşları şəhid Orxan Babayevin ailəsinə baş çəkib

16.01.2021 [11:46]

Xəbərin mətni

Vətən müharibəsinin şəhidləri hər kəsin qəlbində daimi yer salıb. Şəhid ailələri diqqət və qayğı ilə əhatələnməklə yanaşı, ziyarət yerinə də çevrilib. Belə şəhidlərimizdən biri də Orxan Babayevdir. Onun döyüş yoldaşları doğulub boya-başa çatdığı Ağstafa rayonunun Qarahəsənli kəndinə gələrək, həm şəhidimizin qəbrini ziyarət edib, həm də onun ailəsinə baş çəkiblər.