CƏMİYYƏT


Dilşad Məmmədova: Kəlbəcərdən atla çıxdım, elə atla da qayıdacağam

İyirmi səkkiz il öncə doğma yurdundan köçkün düşən Dilşad Məmmədova indi azad edilən Kəlbəcərə atla qayıtmağa hazırlaşır. O, erməni faşistlərindən canını xilas etmək üçün Kəlbəcəri elə atla tərk etmişdi.AZƏRTAC xəbər verir ki, 1993-ci ilin aprel ayında bütün kəlbəcərlilər kimi, Dilşad Məmmədova və ailəsi də Kəlbəcəri ürək ağrısı ilə tərk etmişdi. Canlarını xilas etməyə çalışan insanlar qarlı-şaxtalı havada müsibətlər içərisində yurdundan didərgin düşmüşdü. Həmin an sakinlər mümkün yollarla aran rayonlarına üz tuturdu. Dilşad Məmmədova da həmin vətəndaşlarımız arasında idi. O, Kəlbəcərdən soyuq havada at belində çıxmalı olmuşdu.