CƏMİYYƏT


Baş Prokurorluq insan alverinə qarşı mübarizəyə dair maarifləndirici videoçarx hazırlayıb

İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. İnsan alverinə məruz qalanlar fahişəlik, məcburi əmək, orqanların çıxarılması üçün istismar edilir, yaxud insan alverinin meydana çıxan digər formalarına, o cümlədən mütəşəkkil şəkildə dilənçilik, müavinətlərlə dələduzluq, ev köləliyi və məcburi nikah kimi hallara cəlb olunurlar.AZƏRTAC xəbər verir ki, bu barədə insan alverinə qarşı mübarizəyə dair Baş Prokurorluğun mətbuat xidməti tərəfindən hazırlanan maarifləndirici videoçarxda məlumat verilib.