SİYASƏT


Azərbaycan Prezidenti: Bu gün mənim fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur

Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı fikirlərim var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin - şəhərsalma, dövlət orqanlarının funksiyaları.AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sumqayıtda Azərbaycan Televiziyasına müsahibəsində danışıb.