Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mədəniyyət Nazirliyi “Müqəddəs alman Lüteran kilsəsi” haqda videoçarx hazırlayıb

18.01.2021 [20:39]

Xəbərin mətni

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində “Müqəddəs alman Lüteran kilsəsi” barədə hazırlanan videoçarxı təqdim edir.Nazirlikdən AZƏRTAC-a bildirilib ki, videoçarxda xilaskar kilsəsi kimi tanınan Bakıdakı alman lüteran kilsəsinin 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edildiyi qeyd olunub.