CƏMİYYƏT


Yevlaxda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Yevlax rayonunda dərin hüznlə yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun şəkildə keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri iştirak ediblər. Mərasim iştirakçıları Şəhidlər xiyabanında "20 Yanvar" abidəsinin önünə və şəhid məzarlarının üzərinə tər qərənfillər düzüb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.