Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Regional İnkişaf” İctimai Birliyi yeni portal istifadəyə verib

21.01.2021 [11:02]

Xəbərin mətni

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) müxtəlif sahələr üzrə təkliflər təqdim etmək imkanı yaradan www.teklifimvar.az portalını istifadəyə verib.
RİİB-dən AZƏRTAC-a bildiriblər ki, portal əhalini ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəal iştiraka təşviq etməklə yanaşı, ictimai nəzarətin gücləndirilməsinə töhfə məqsədi daşıyır.