Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycan haqqında növbəti veriliş yayımlanıb

21.01.2021 [18:58]

Xəbərin mətni

Verilişin aparıcısı Kazuyasu İşida Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verib. Bildirib ki, bu münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiası dayanırdı. Ötən əsrin 90-cı illərində ermənilərin xarici havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etməsinə keçən il sentyabrın axırlarında başlamış İkinci Qarabağ müharibəsi nəticəsində son qoyulub. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanata əsasən münaqişəyə son qoyulub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI