CƏMİYYƏT


Güleyşə narı ilə tanınan Şelli kəndinin keçmiş şöhrəti yenidən qayıdacaq

Qarabağın dilbər guşələrindən biri də Ağdam rayonunun Şelli kəndidir. Qarqar çayının kənarında, dağlarla əhatə olunmuş bu kənd respublikamızda güleyşə narı ilə tanınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistan silahlı bölmələri tərəfindən işğal edilənə qədər Şelli kəndində bağçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi. Kənddəki nar bağlarından yığılan məhsul nəinki respublikamızın müxtəlif bölgələrinə, eləcə də keçmiş sovet respublikalarına göndərilirdi. Azərbaycanda narçılığın inkişaf etdiyi Göyçayda nar plantasiyaları salınarkən Şelli kəndindəki güleyşə nar sortunun qələmlərindən istifadə edildiyi deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır