Azərbaycan Dövlət İnformasiya Agentliyi

22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

23.01.2021 [12:59]

Xəbərin mətni

Daxili İşlər Nazirliyi tərəfindən ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri uğurla davam etdirilir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, növbəti belə tədbir zamanı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında vətəndaş Elşən Kərimovu saxlayıb. Həmin şəxsdən Cəlilabad rayonunda qanunsuz yolla əldə edib gizlətdiyi külli miqdarda - 14 kiloqram 252 qram narkotik vasitə heroin, 1 kiloqram tiryək, 896 qram psixotrop maddə olan metamfetamin, o cümlədən 323 ədəd satışı qadağan olunan güclü təsiredici dərman “preqabalin” və 0,144 qram “metadon” aşkar olunaraq götürülüb.