CƏMİYYƏT


Mütəxəssislər Şamaxıda palçıq vulkanının püskürdüyü ərazidə monitorinq aparıblar

Şamaxı rayonunun Quşçu kəndi ərazisində palçıq vulkanı püskürüb. Yerli sakinlər püskürmədən əvvəl ərazidə güclü uğultu səsi eşidiblər. Palçıq vulkanları üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb. Sakinlərin sözlərinə görə, adətən kənd ərazisində vulkan püskürmələri müşahidə edilir, lakin son vulkan püskürməsi daha güclü olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır