CƏMİYYƏT


Şəmkir sakinlərindən silah aşkarlanaraq götürülüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon sakini Fikrət Bağırovdan istifadəyə yararlı “Browning S Patent” markalı 6,35 kalibrli tapança Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə rayonun Bayramlı kənd sakini, əvvəllər məhkum olunmuş Arzuman Abdullayevin də müvafiq sənədləri olmadan təklüləli, 16 kalibirli və istifadəyə yararlı “İJ” markalı tüfəng saxlaması aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır