Zərdab rayonunda dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
25.01.2021 [14:05]
Xəbərin mətni
Zərdab rayonunda dələduzluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayonun Dəliquşçu kənd sakini olan fermerə mobil telefonla zəng edərək yanında çoban işləyəcəyini vəd edərək dələduzluq yolu ilə 1150 manat məbləğində pul ələ keçirən şəxslər yaxalanıblar.