Azərbaycan Dövlət İnformasiya Agentliyi

250 qırqovul vəhşi təbiətə buraxılıb

25.01.2021 [18:05]

Xəbərin mətni

Şəki rayon sakini Elşad Alxasovun şəxsi təsərrüfatında yetişdirdiyi qırqovullar İlisu Dövlət Təbiət Qoruğunun mütəxəssislərinin iştirakı ilə vəhşi təbiətə buraxılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova AZƏRTAC-a bildirib ki, qırqovul növünün populyasiyasının bərpası məqsədilə fərdi təsərrüfatda yetişdirilmiş 250 qırqovul quşunun Qax rayonunun ərazisindəki Axarbaxar silsiləsinə, Acınohur və Sarıca çöllərinə, Qanıxçay və Əyriçay ərazilərinə buraxılması həyata keçirilib.