SİYASƏT


Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub

2001-ci il yanvarın 25-də Azərbaycan Respublikası Avropa Şurasına (AŞ) üzv olub. Strasburqda Avropa Şurası yanındakı daimi nümayəndəliyində ölkəmizin bu təşkilata üzv olmasının 20 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətimizin üzvlərinin də iştirak etdiyi tədbiri Avropa Şurası yanında daimi nümayəndəliyimizin rəhbəri Fəxrəddin İsmayılov açıb. Əvvəlcə 44 günlük Vətən müharibəsi və birinci Qarabağ müharibəsində canlarını Vətən uğrunda fəda etmiş qəhrəman şəhidlərimizin, eləcə də 20 Yanvar qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.