CƏMİYYƏT


Düşmənin dağıtdığı evlər yenidən tikilir

Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində mülki əhaliyə məxsus fərdi evlərə dəyən ziyanın aradan qaldırılmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər rayonunda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş obyektlərin sayı bu günə olan məlumata görə, 4 mini keçib. Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bərpa və təmir-tikinti işlərinə başlanılıb.