CƏMİYYƏT


Dövlət Komitəsi insan alveri ilə mübarizə mövzusunda sosial çarx hazırlayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi insan alverinin qarşısının alınması üçün mütəmadi olaraq maarifləndirmə kampaniyaları həyata keçirir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin davamı olaraq Dövlət Komitəsi “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.2.1-ci və 4.2.3-cü bəndlərini rəhbər tutaraq insan alveri ilə mübarizə məqsədilə sosial videoçarx hazırlayıb.Komitə hər kəsi insan ləyaqətini alçaldan bu bəlaya qarşı mübarizəyə qoşulmağa, insan alveri qurbanlarına dəstək olmağa çağırır.