CƏMİYYƏT


Füzuli rayonunda erməni faşizminə məruz qalan ərazilərin bərpasına başlanılıb

Vətən müharibəsi zamanı erməni təxribatına məruz qalan rayonlardan biri də Füzulidir. Düşmən tərəfindən dinc əhali yaşayan ərazilərin atəşə tutulması zamanı onlarla ev, sosial obyekt dağıdıldı. Hazırda həmin evlərin tikinti və bərpası həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, müharibə zamanı 11 rayonda erməni faşizminə məruz qalan ərazilərin bərpasına başlanılıb. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq tikinti-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır