CƏMİYYƏT


Su polisləri xidməti ərazidə bir neçə uğurlu tədbir həyata keçirib

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkar edilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, su polisləri daim Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qurumları ilə birgə mütəmadi olaraq paytaxt ərazisində, eləcə də bölgələrdə yol kənarında icazələri olmadan balıq satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər apararaq onlar barəsində qanunauyğun tədbirlər görür.