CƏMİYYƏT


Ağcabədidə Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib

Ağcabədi rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilir. Ağcabədi şəhərindəki və rayonun kəndlərindəki küçələrə şəhidlərin adlarının verilməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhərinin küçələrinə Vətən müharibəsi şəhidləri Xəyal Həziyev, Mirəli Hüseynov, Məhəmməd Məmmədov və Həsən Süleymanovun adları verilərək, xatirələri əbədiləşdirilib. Həmin küçələrdə şəhidlərin ad və tərcümeyi-hallarını əks etdirən xatirə lövhələri vurulub.