CƏMİYYƏT


Beyləqanda düşmənin atəşi nəticəsində dağılmış evlər yenidən tikilir

Ötən il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində Beyləqan rayonunda da mülki əhaliyə, evlərə, mənzillərə ziyan dəyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup tərəfindən evlərə, təsərrüfatlara baxış keçirib. Dəymiş ziyan qeydiyyata alınıb, aktlar tərtib edilib. Bir neçə gündür Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən evlərin tikintisi və bərpası işlərinə başlanılıb.