CƏMİYYƏT


Düşmən təxribatı zamanı Cocuq Mərcanlıda dağılan 45 ev yenidən bərpa olunur

Qırx dörd günlük Vətən müharibəsində düşmən təxribatına məruz qalan yaşayış yerlərimizdən biri də Cəbrayılın Cocuq Mərcanlı kəndidir. Ermənistan ordusunun kəndə atdığı raket və mərmilər burada bir çox dağıntılara səbəb olub. Hazırda yararsız hala düşən evlərin bərpasına başlanılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cocuq Mərcanlı kəndində 45 ev və bir ədəd ictimai iaşə obyektində dağıntı qeydə alınıb. Hazırda ərazidə tikinti-bərpa işləri davam edir.