CƏMİYYƏT


FHN-in Vətən müharibəsində xidmətdə fərqlənmiş əməkdaşları Gənclər Günü münasibətilə mükafatlandırılıb

Fevralın 1-də Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə nazirliyin Xətai rayonunda yerləşən inzibati binasında Vətən müharibəsi zamanı xidmətdə fərqlənmiş əməkdaşlarla 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsindən sonra Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.