Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bərdədə düşmənin raket atəşi nəticəsində dağılmış evlər yenidən tikilir

02.02.2021 [11:31]

Xəbərin mətni

Ermənistan ordusunun artilleriya atəşi nəticəsində Bərdədə mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində Bərdə şəhərində və rayonun 6 kəndində vətəndaşlara məxsus yaşayış evlərinə, həmçinin sahibkarlıq obyektlərinə və sosial binalara ciddi ziyan dəyib.