CƏMİYYƏT


Ov edərkən nələrə diqqət yetirmək lazımdır? - Sarı Su gölündən reportaj

Ov mövsümü açıq elan olunduqdan sonra ovçular təbiətə üz tutublar. Belə məkanlardan biri də Sarı su gölüdür. Ərazi baxımından böyük olan bu göl, həm də şirinsululuğu ilə seçilir. İl ərzində buraya qışlamaq üçün 300-350 min müxtəlif növ quş köç edir.Ov zamanı əsas diqqət əlbəttə ki, təhlükəsizliyə yönəlməlidir. AZƏRTAC-ın bölgə müxbiri peşəkar ovçularla həmsöhbət olub, təhlükəsizlik qaydaları və ovun necə seçilməsi ilə maraqlanıb.