CƏMİYYƏT


Qaradağ rayonunda istismarı dayandırılmış neft quyusunda yanğın baş verib

Fevralın 4-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu ərazisində istismarı dayandırılmış neft quyusunda yanğın baş verməsi barədə məlumat daxil olub.
AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Köpük əmələgətirən maddədən istifadə edilməklə görülmüş operativ tədbirlər sayəsində yanğın qısa zamanda söndürülərək ciddi fəsadların qarşısı alınıb.