MƏDƏNİYYƏT


Yüen Sikun: Azərbaycan Prezidenti tərəfindən “Nizami Gəncəvi İli”ndə təltif olunmağım böyük şərəfdir

Dahi Nizami Gəncəvinin büstünü hazırlayan heykəltaraş kimi məhz “Nizami Gəncəvi İli”ndə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunmağım mənim üçün böyük şərəfdir.
Bu sözləri Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin Pekin şəhərindəki Çaoyan parkında qoyulmuş büstünün müəllifi, Çinin tanınmış heykəltaraş-rəssamı, Pekindəki Cintay İncəsənət Mərkəzinin direktoru, Çin Kreativ Sənaye Alyansının prezidenti, professor Yüen Sikun AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində deyib.