Azərbaycanın və Türkiyənin müdafiə nazirləri “Qış təlimi-2021” birgə təlimlərini izləyiblər
11.02.2021 [16:42]
Xəbərin mətni
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın, Türkiyə Silahlı Qüvvələrinin komanda heyətinin iştirakı ilə Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində “Ali müşahidəçi günü” keçirilib.AZƏRTAC xəbər verir ki, əvvəlcə təlimlərin Baş Qərargahında iki qardaş ölkənin müdafiə nazirlərinə “Qış təlimi-2021” birgə təlimləri barədə raport verilib.