SİYASƏT


Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Tovuz döyüşləri – Qələbəyə aparan yollar” adlı tədbir keçirilib

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunun Balik kəndində Tovuz döyüşlərinin ilk şəhidlərindən olan əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirovun ad günündə “Tovuz döyüşləri – Qələbəyə aparan yollar” adlı tədbir keçirilib.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub, Müdafiə Nazirliyinin adından önünə çələng və gül dəstələri qoyulub. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi yad edilib.