SİYASƏT


Kiyevdə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub

Kiyev şəhərində Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə çap edilən, Ukrayna Azərbaycanlıları Radasının binasında keçirilən təqdimat mərasimində səfir Elmira Axundova, diplomatlar, diaspor rəhbərləri, Ukraynanın elm xadimləri, Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.