CƏMİYYƏT


Xocalı faciəsi ilə bağlı videoçarx hazırlanıb

Azərbaycan dövləti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır. Xaricdə yaşayan həmvətənlərimiz tərəfindən Xocalı soyqırımının dünyada təbliği yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Diasporuna Dəstək Fondu və İngiltərənin paytaxtı London şəhərində fəaliyyət göstərən “Westminster Azerbaijan Society” in birgə təşkilatçılığı ilə Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə videoçarx təqdim edilib.