CƏMİYYƏT


“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Berlində məlumatlandırma aksiyası keçirilir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu gündən etibarən Berlində Xocalı soyqırımına dair məlumat plakatları asılıb.
Plakatların əksəriyyəti Almaniya paytaxtının mərkəzi məhəllələrində asılıb, lakin şəhərin digər hissələri də diqqətdən kənarda qalmayıb. Beləliklə, alman ictimaiyyətinə Ermənistan hərbçilərinin 29 il əvvəl törətdikləri dəhşətli cinayət yenidən xatırladılıb.