CƏMİYYƏT


Latviyada Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunub

Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfirliyinin sifarişi ilə “Riga TV 24” telekanalında Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar sənədli film nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, latış dilinə dublyaj edilmiş “Xocalı soyqırımı” filmində Xocalı soyqırımının vaxtilə Holokost, Ruanda və Serebrenitsa soyqırımları ilə müqayisəsi aparılıb, insanlıq əleyhinə olan bu cinayətlərin ümumi cəhətləri və qurbanları barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır