CƏMİYYƏT


“TV Berlin” kanalında Xocalı soyqırımından bəhs edən müsahibə yayımlanıb

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “TV Berlin” televiziya kanalına müsahibəsində Xocalı soyqırımının tarixçəsi və təfərrüatları barədə məlumat verib. Səfir bildirib ki, 29 il bundan öncə, fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xocalıya hücum edərək şəhəri yerlə-yeksan edib və hücum nəticəsində 613 azərbaycanlı mülki şəxs amansızcasına qətlə yetirilib.