CƏMİYYƏT


Ermənilər Merdinli kəndindəki məsciddən tövlə kimi istifadə edib, qəbiristanlığı dağıdıblar

Qarabağda erməni vandalizminə məruz qalan yaşayış məntəqələrindən biri də Füzuli rayonunun Merdinli kəndidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Merdinli kəndi Köndələnçayın sahilində, düzənlikdə yerləşir. İşğal edilənə qədər burada heyvandarlıq, taxılçılıq və üzümçülük inkişaf etmişdi. 1993-cü ildə ermənilər tərəfindən işğal edilərək dağıdılan kənd Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları zamanı 2020-ci il noyabrın 9-da azad olunub.