CƏMİYYƏT


FHN ötən gün baş verən hadisələrin əməliyyat görüntülərini yaydı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, 1 nəfər yanıq xəsarəti alıb, 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.