CƏMİYYƏT


FHN-də İctimai şuranın seçki komissiyasının növbəti iclası keçirilib

Xəbər verildiyi kimi, fevralın 26-dan aprelin 3-dək Fövqəladə Hallar Nazirliyi (FHN) yanında yaradılacaq İctimai şuraya üzvlük üçün müraciətlərin qəbulu həyata keçirilir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununun və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, martın 10-da nazirlikdə İctimai şuranın seçki komissiyasının növbəti iclası keçirilib.